AFFA-dan "İnter"ə məşqçisinə 4 minlik cəza - Hakimi söydüyünə görə

16:34 27 Sentyabr 2017

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, iclas zamanı aşağıdakı qərarlar qəbul olunub:

 

 

Premyer Liqanın 6-cı turunun “Qarabağ” - “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Markos Madera ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur 


“Zirə” – “İnter” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 88-ci dəqiqəsində “İnter” klubunun 22 №-li futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur 

Oyun başa çatdıqdan sonra “İnter” klubunun məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.

 

“Səbail” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti