Di Françesko: "Oyundan öncə də rəqibin güclü olduğunu demişdim"

22:43 27 Sentyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Qarabağ”ı məğlub edən (2:1) “Roma”nın baş məşqçisi Eysebio Di Françeskonun mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- Demək olar ki, bu oyunu istirahət etdiz...
- Heç də belə olmadı. İlk hissədə üstünlüyümüz olsa da, ikinci hissədə rəqibin bir neçə fürsəti oldu. Çətin qələbə qazandıq. Oyundan öncə də rəqibin güclü olduğunu demişdim. Bəlkə də sizə elə gələ bilər ki, bu sözləri etika xatirinə demişəm. Ancaq bu sözləri elə-belə deməmişdim. Bugünkü oyun da göstərdi ki, “Qarabağ” güclü rəqibdi.

 

- Komandada oyun ərzində sabitlik çatışmırdı.
- Bəli, bununla razıyam. Bütün oyun boyu sabit oynaya bilmədik. Xüsusilə, qol buraxdıqdan sonra. Zamanla bütün bunlar qaydasına düşəcək. Əsas odu ki, bu gün evə 3 xalla qayıdırıq.

 

- İkinci hissədə tez-tez əsəbiləşirdiz. Bu, çox vaxt uzun ötürmələr zamanı olurdu. Ən çox da Qonalonun ötürmələri zamanı olurdu.
- Bəli, bu ötürmələr zamanı müəyyən problemlər var idi. Lakin Qonalon elə də pis oynamadı. Qaçmaq asandı, əsas uzun ötürmələrdə dəqiq oynamaqdı.

 

- İlk iki qoldan sonra oyununuzun alınmaması arxayınçılıqla bağlı deyildi ki?
- Xeyr, bundan söhbət belə gedə bilməz. İkinci qoldan sonra da yaxşı oynadıq. Hətta fürsətlərimiz də oldu. O ki qaldı ikinci qoldan sonra fərqlənə bilməməyimizə, buna, rəqibin yaxşı oyunu mane oldu.

 

- Deffrel zədələndi. Bu, “Milan”la oyunöncəsi sizə problem yaratmayacaq ki?
- Perotti və Deffrel zədələndi. Onların vəziyyətinə sabah aydınlıq gələcək. Oynamasalar belə, onları əvəzləyəcək oyunçularımız var.

 

- Bu gün “Qarabağ”ın heyətində kimləri fərqləndirərdiz?
- Rəqibin bütün oyunçuları yaxşı çıxış etdilər. Xüsusilə, 11 nömrə (Mahir Mədətov), 10 nömrə (Pedro Enrike) və 9 nömrəni (Dino Ndlovu) fərqləndirərdim.


Digər xəbərlər

Xəbər xətti