UEFA reytinqində mövqeyimiz dəyişmədi

11:07 28 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, dünən keçirilən 8 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb.  “Qarabağ”ın “Roma”ya 1:2 hesablı məğlubiyyəti reytinq xalımızın dəyişməz qalmasına səbəb olub. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var.

 

Ən yaxın izləyicimiz isə dəyişilib. .İki pillə irəliləyən Şotlandiya 23-cü sıraya yüksəlib. Britaniyalılar İsveçlə Belarusu arxada qoyub. Hazırda ölkəmiz yeni qonşusu Şotlandiyanı 0.500 xal qabaqlayır.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.050 xalı var.


Xəbər xətti