Ceko: "Düşünürdülər ki, “Qarabağ”a çox asan qalib gələcəyik"

11:25 28 Sentyabr 2017

“Yaxşı oynamaq yox, qalib gəlmək daha vacibdi. Oyunun taleyini ilk hissədə həll etmək lazım idi. Lakin qapımızda gördüyümüz qol intriqanı öldürmədi”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”la qarşılaşmadan sonra Edin Dzeko deyib. “Roma” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran bosniyalı hücumçu erkən qollardan sonra “Qarabağ”a fürsət verdiklərini söyləyib:

“Oyuna çox aqressiv və güclü başladıq. Bunun nəticəsində də erkən qollar vurduq. Daha sonra arxayınlaşdıq və “Qarabağ”a da oynamaq fürsəti verdik. Onlar da bizi sıxmağa başladı".

Ceko Bakıda asan qələbə qazanmaqdıqlarını sözlərinə əlavə edib:

“Bakıda qalib gəlmək asan deyildi. Bir çoxları düşünürdülər ki, “Qarabağ”a çox asan qalib gələcəyik, amma biz belə fikirləşmədik. Hətta “Milan”la A Seriyasında keçirəcəyimiz matça görə bu oyuna səthi yanaşacağımızı söyləyənlər də yanıldılar. Biz bu görüşə ciddi yanaşırdıq”.


Xəbər xətti