“Qarabağ” - “Roma” matçı azarkeş sayına görə birinci oldu

12:20 28 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" – “Roma” matçı azarkeş sayına görə 2-ci turun bütün oyunlarını qabaqlayıb.

Sportarena.az, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanı 67200 nəfər izləyib.  Bu görüş “Borussiya” – “Real” matçını da üstələyib. "Signal İduna Park"da keçirilən qarşılaşmada 65849 nəfər azarkeş olub.


Üçüncü yerdə isə “Qarabağ”ın yer aldığı C qrupunda keçirilən  "Atletiko" – “Çelsi” matçıdır. Madrid klubunun yeni istifadəyə verilmiş "Vando Metropolitano" stadionunda keçirilən görüşü 60643 azarkeş izləyib.


Digər xəbərlər

Xəbər xətti