Sabah Avropa Çempionatının püşkü atılacaq - Millimiz hansı səbətdə yer alıb?

17:15 28 Sentyabr 2017

Gələn il Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil ediləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək. 

Sportarena.az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, Lyublyana qəsrində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Püşköncəsi komandalar səbətlərə bu şəkildə bölünüb:

Səbət 1: Sloveniya (ev sahibi, A qrupu), İspaniya (son qalib), Rusiya, Portuqaliya

Səbət 2: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan

Səbət 3: Serbiya, Rumıniya, Polşa, Fransa


Digər xəbərlər

Xəbər xətti