"Qarabağ"ın oyununa binokulla baxdı - FOTO

17:33 28 Sentyabr 2017

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" "Roma"nı (1:2) Bakı Olimpiya stadionun qəbul etdi.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra sosial şəbəkələrdə maraqlı foto yayımlanlıb. Belə ki, matçı nisbətən ucuz biletlərin satıldığı tribunadan izləyən azarkeşlərdən biri maraqlı şəkildə matçı izləyib. Belə ki, fanat meydanda baş verənləri daha rahat görmək üçün binokuldan istifadə etməli olub.

 

Oyundan öncə sosial şəbəkələrdə bilet alan azarkeşlər arasında bu tipli paylaşımlar edilirdi. Bu fotoya ən çox yazılan şərh isə "biz zarafat edirdik, həqiqətən də belə imiş" olub.

 


Xəbər xətti