Əmrah Çəlikəl "Bütün narazılıqları növbəti oyunda aradan qaldırmağa çalışacağıq”

Sportarena.az      28 Sentyabr 2018, 18:15

“Təşkilatçılıq baxımından problemlərin yarandığını qəbul edirəm. Bunun da səbəbi təcrübəsizlik idi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.  O, dünən UEFA Çempionlar Liqasında baş tutan “Qarabağ” – “Roma” oyunundan sonra nəqliyyat və biletlə bağlı azarkeşlərin narazı qalmasına münasibət bildirib. Çəlikəl bütün problemləri ilk dəfə bu turnirə qatıldıqlarından və belə böyük stadionda xeyli sayda azarkeşin olmasından qaynaqlandığını deyib:

 

“Bütün narazılıqlardan xəbərimiz var. Bunlar hamısı ilk dəfə ÇL kimi böyük turnirdə oynadığımızdan qaynaqlanır. Azarkeş sayı da gördüyünüz kimi çox idi. Araşdırma aparırıq və bütün narazılıqları növbəti oyunda aradan qaldırmağa çalışacağıq”.

 

Klub rəsmisi oyundan sonra avtobusların “Qarabağ”ın Bakı Nəqliyyat Agentliyinə ödəniş etmədiyi üçün “yoxa çıxması” ilə bağlı iddialara da münasibət açıqlayıb:

 

“Yox, bu düzgün informasiya deyil. Biz onlarla necə lazımdır ki, razılaşıb işləmişik. Sadəcə tərəfdarlara məlumat verərkən problemlər ortaya çıxıb. Bunu qəbul edirik. Gələn oyunlarda daha yaxşı təşkilatçılıq edəcəyik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin