Ançelotti qovuldu

22:29 28 Sentyabr 2017

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Münhen klubunun Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə 0:3 hesabı ilə uduzmasından sonra rəhbərlik bu barədə qərar verib. Ançelottini müvəqqəti olaraq onun köməkçisi Villi Sanyol əvəzləyəcək.

Qeyd edək ki, ötən ilin iyun ayından “Bavariya”nı çalışdıran Ançelottinin klubla gələn mövsümün sonuna qədər müqaviləsi var idi.


Xəbər xətti