"Qarabağ"ın futbolçusu milliyə çağırıldı

10:23 29 Sentyabr 2017

Futbol üzrə Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu ölkənin millisinə dəvət alanlar arasında Azərbaycan çempionu "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də var. 29 yaşlı qolkiper DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Belçika və Estoniya ilə oyunlar üçün yığmaya dəvət olunan 26 futbolçudan ibarət siyahıda yer alıb.

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisi Belçika ilə oktyabrın 7-də Sarayevoda, Estoniya ilə isə oktyabrın 10-da Tallində qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti