Aquero ölümdən döndü - Qəzanın FOTOLARI

11:30 29 Sentyabr 2017

Argentina millisinin və "Mançester Siti"nin futbolçusu Serxio Aquero yol qəzasına uğrayıb. 
 
Sportarena.az xəbər verir ki, hadisə Hollandiyada baş verib. O, bu ölkədə tanınmış müğənni Malumanın konsertinə gedib. Hadisə isə İngiltərəyə qayıtmaq üçün hava limanına gedərkən baş verib. 
 
Aquero dərhal xəstəxanaya aparılıb. Həyati təhlükəsi olmadığı bildirilib. Lakin qabırğasında qırıq olduğuna görə 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Argentina mətbuatının yaydığı xəbərə görə, futbolçu təhlükəsilik kəmərini bağladığı üçün daha ciddi xəsarət almayıb. 
 
 




Digər xəbərlər

Xəbər xətti