U-21 millimizin heyəti açıqlandı

12:12 29 Sentyabr 2017

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Kottbus şəhərində keçirəcəyi təlim-məşq toplanışında, oktyabrın 6-da isə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə oyun üçün heyəti açıqlanıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

 

Fəhmin Muradbəyli, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi "Qarabağ"), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov (hamısı "Sumqayıt"), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı Bakı "İnter"i), Alen Askerov, Qismət Alıyev, Roman Hüseynov (hamısı "Qəbələ"), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi "Kəpəz"), Pərviz Qaraxanov ("Səbail"), Aydın Bayramov (MOİK), Budaq Nəsirov ("Sportinq" Portuqaliya), Serkan Baloglu ("Eyupspor" Türkiyə), Mustafa Ozhitay,  ("SSV Ulm 1846" Almaniya)

 

Qeyd edək ki, Eltun Turabov, Elgün Uluxanov və Budaq Nəsirov komandaya oktyabrın 2-də qoşulacaq.


Xəbər xətti