Britaniyanın müstəmləkəsi UEFA-ya üzv olmaq istəyir

14:59 29 Sentyabr 2017

İdman Arbitraj Məhkəməsi Cersi adasının şikayətinə baxıb.

 

Sportarena.az xəbər verir ki, La-Manş boğazında yerləşən Cersi adası UEFA İcraiyyə Komitəsinin qərarından şikayət edib. 100 min əhalisi olan adanın UEFA-ya üzvlük müraciəti icraiyyə komitəsi tərəfindən qəbul edilməmişdi.

 

Cersi adası Böyük Britaniyanın nəzarətindədi. Amma Böyük Britaniya ərazisi deyil. Adanın futbol federasiyası İngiltərə Futbol Assosisasiyasının tərkibindən çıxmaq istəyir. Məhkəmə qərar verib ki, UEFA-nın Konqresi adanın ərizəsinə baxmalıdı.


Xəbər xətti