Joze Alesio: "Çətin qrupa düşmüşük"

16:57 29 Sentyabr 2017

Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilmiş püşkün nəticəsiylə bağlı millimizin baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın saytına fikirlərini bildirib:

 

“İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdu. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndi. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək. Onu da qeyd edim ki, İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik.

 

Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti