Millimiz finalın bir addımlığında!

Sportarena.az      30 Sentyabr 2018, 00:24

Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Bakıdakı Milli Gimnastika Arenasında bu gün daha iki oyun baş tutub. Öncə Azərbaycan millisi qrup mərhələsində 3:1 hesabı ilə məğlub etdiyi Almaniya ilə üz-üzə gəlib. Faiq Qarayevin çalışdırdığı kollektiv bu dəfə almanları set vermədən məğlub edib. Nəticədə, yığmamız adını yarımfinala yazdırıb.

 

Mərhələnin son görüşündə isə Rusiya və Türkiyə yığmaları qarşılaşıb. Qrup mərhələsində bu komandalar arasında baş tutmuş görüşdə ruslar 3:1 hesabıyla qalib gəlmişdilər. Amma bu dəfə türklər şimal qonşularımıza set vermədən qalib gələrək yarımfinala vəsiqə qazanıblar.


AÇ-2017, 1/4 final mərhələsi
29 sentyabr

Azərbaycan - Almaniya - 3:0 (25:20; 25:18, 25:21).

Rusiya - Türkiyə - 0:3 (25:27, 18:25, 20:25)

 

AÇ-2017, 1/2 final mərhələsi

30 sentyabr

Hollandiya - Azərbaycan
Serbiya - Türkiyə

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin