Ziyanın komandası PSV-ni darmadağın etdi

10:35 30 Sentyabr 2017

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 7-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandasıyla qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0. Əzizov bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

"Den Boş" hazırda 10 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.


Xəbər xətti