"Qarabağ" qalib gəldi

11:08 30 Sentyabr 2017

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Horn” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə bu qarşılaşmanın iştirakçısı olmayıb.

 

"Qarabağ" 10 turdan sonra 17 xalla 17 komanda arasında 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti