Şehiç satışa çıxarıldı - FOTO

12:40 30 Sentyabr 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç azarkeş tərəfindən satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun Ruslan adlı fanatı satış elanları saytına qapıçının fotosunu yerləşdirib və satıldığını yazıb. O, Bosniya və Hersoqovinalı qapıçıya 20.30 AZN məbləğində satış dəyəri qoyub:

:

 

“Qarabağın qapıçısı “İbrahim Şehiç” Çempionlar Liqasında göstərdiyi səriştəsiz oyuna görə satılır. Barter mümkündür. (Əlcəksiz satılır)”.

 

Elanın fotosu sosial şəbəklərdə sürətlə yayılıb və izləyicilərin gülüşünə səbəb olub.

 


Digər xəbərlər

Xəbər xətti