Kataloniya çempionatı yaradılır? - AÇIQLAMA

14:15 30 Sentyabr 2017

Kataloniyanın idman naziri Herard Fiqeras maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, oktyabrın 1-də Kataloniyada keçiriləcək referendumda müstəqillik əldə olunacağı təqdirdə futbol klublarının gələcəyinin necə olacağı barədə açıqlama verib:

 

"Müstəqillik əldə ediləcəyi təqdirdə katalon klubları hansı çempionatda oynamaq istədiklərinə özləri qərar verəcəklər. İspaniya, Fransa, İngiltərə, İtaliya çempionatlarında oynaya bilərlər. Düşünmürəm ki, UEFA buna qarşı çıxsın".

 

O yerli çempionatın yaradılmasının çox çətin olduğunu da söyləyib:

 

"Çox çətin olacaq. Klubların səviyyəsi, maddi durumları və infrastrukturları barədə müstəqillikdən sonra fikir mübadiləsi aparmalıyıq. Bunun üçün zamana ehtiyac var. Gəlin tələsməyək. Referendum hələ keçirilməyib və nəticələri bizə məlum deyil".

 

Qeyd edək ki, Kataloniyanın müstəqilliyi ilə bağlı referendum sabah - oktyabrın 1-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti