Dmitri Nazarovdan məhsuldar ötürmə

17:14 30 Sentyabr 2017

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Aue” Almaniyanın 2-ci Bundesliqasında 9-cu tur çərçivəsində meydana çıxıb.

 

Sportarena.az xəbər verir ki, Nazarovun komandası öz meydanında “Union Berlin”lə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Nazarov start heyətində yer alıb və oyunu əvəzlənmədən keçirib. Millimizin futbolçusu “Aue”nin 73-cü dəqiqədə vurduğu yeganə qolda məhsuldar ötürmənin müəllifi olub.


9 turdan sonra “Aue”nin hesabında 13 xal var.


Xəbər xətti