Samir Əliyev: "Rəqiblərimiz bizdən çəkinirlər"

23:16 30 Sentyabr 2017

Topaz Premyer Liqasının 7-ci turunda evdə “Sumqayıt”a 0:2 hesabıyla uduzan “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Əliyev oyunla bağlı bunları deyib:

 

“Sumqayıt”dan bu cür futbol, belə taktika gözləmirdik. 3 mərkəz müdafiəçisi olmaqla, cəmi 5 müdafiəçi ilə çıxış edirdilər. Qalib gəlmək istəyirdik. Erkən qol buraxdıq. Bu, artıq bizdə xəstəlik halına gəlib. Buna baxmayaraq, daha sonra toparlanaraq hücum qura bildik. Ancaq əldə etdiyimiz fürsətlərdən istifadə edə bilmədik.

 

İstər “Sumqayıt” olsun, istərsə də “Kəpəz” bizə qarşı müdafiə futbolu oynayırlar. Bu amil bizi sevindirir. Deməli rəqiblərimiz bizdən çəkinirlər".


Xəbər xətti