Samir Abasov: "Belə getsə, daha yaxşı yerlərə çıxa biləcəyik"

23:40 30 Sentyabr 2017

Topaz Premyer Liqasının 7-ci turunda səfərdə “Səbail”i məğlub edən (2:0) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Abasov oyunla bağlı fikirlərini bildirib:

 

"Bu qələbə bizim üçün çox vacib idi. Özümüz öz üzərimzidə çox böyük təzyiq yaratmışdıq. Şükürlər olsun ki, bu qələbəylə bunu öz üzərimizdən ata bildik. İndi fasiləyə rahat yollana bilərik. Bu gün uşaqlar verilmiş tapşırıqları tam yerinə yetirdilər. Belə getsə, daha yaxşı yerlərə çıxa biləcəyik".


Digər xəbərlər

Xəbər xətti