Araz oynamadı, komandası xal itirdi

10:15 1 Oktyabr 2017

Futbol üzrə Kipr çempionatında 6-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Larnaka AEK-i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

Geridə qalan turlarda 14 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.


Xəbər xətti