"Qarabağ" "Zirə"ylə "sülh bağladı" - YENİLƏNİB

19:52 1 Oktyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, lider "Qarabağ" ikinci sırada qərarlaşmış "Zirə"ni qəbul edəcək. Oyuna marağı artıran məqam hər iki komandanın məğlub olmadan irəliləməsidi.

 

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" "İnter"i, "Kəpəz" "Qələbə"ni, "Sumqayıt" "Səbail"i məğlub edib. Hər üç görüşdə eyni hesab qeydə alınıb.

 

Azərbaycan Premyer Liqası, 7-ci tur

1 oktyabr

18:00 Qarabağ - Zirə 0:0

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 

30 sentyabr

18:00 Səbail - Sumqayıt 0:2

Qol: Azər Salahlı, 10. Amil Yunanov, 60.

 

29 sentyabr

İnter - Neftçi 0:2

Qol: Derlis Meza Kolli, 60. Rəhman Hacıyev, 72.

 

Qəbələ - Kəpəz 0:2
Qol: 
Kərim Diniyev, 48. İlkin Sadıqov, 58.


Xəbər xətti