Budaq oynadı, komandası 4 qolla qalib gəldi

11:50 1 Oktyabr 2017

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 9-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Santa Klara” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:3. Nəsirov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.


 
"Sportinq" hazırda 13 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.


Xəbər xətti