"Real"da şok itki - Futbolçunun ürəyində problem aşkarlandı

14:38 1 Oktyabr 2017

“Real”ın və İspaniya millisinin müdafiəçisi Daniel Karvahal bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “kral klubu”nun saytı yayıb. Məlumatda futbolçunun ürəyində problem yarandığı, buna görə, bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacağı qeyd edilib. Karvahalda onun ürək zərini zədələyən bir infeksiya aşkarlandığı vurğulanıb.

 

“Marka” nəşrinin yaydığı məlumata görə, 25 yaşlı müdafiəçi ən azı 1,5-2 ay yaşıl meydanlardan kənarda qalacaq.


Digər xəbərlər

Xəbər xətti