İspaniya millisi "Barselona"ya görə cəzalanacaq?

16:20 1 Oktyabr 2017

İspaniya millisi gələn il Rusiyada keçiriləcək dünya çempionatından kənarda qala bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə buna Kataloniyada keçiriləcək referendumun səbəb ola biləcəyi qeyd edilib. Belə ki, Kataloniya İspaniyadan ayrılacağı təqdirdə, bu bölgəni təmsil edən “Barselona” klubu hökumətin qərarı ilə La Liqadan uzaqlaşdırılacaq. Belə olacağı təqdirdə isə FİFA bunu hökumətin futbola müdaxiləsi kimi qəbul edə və İspaniya yığmasını Rusiyada təşkil ediləcək mundial da daxil olmaqla bir neçə turnirə buraxmaya bilər.

 

Xatırladaq ki, Kataloniya ərazisinin İspaniyadan ayrılmasıyla bağlı referendum bu gün keçiriləcək. Rəsmi Madrid dəfələrlə bu referendumun nəticələrini tanımayacağını bəyan edib.


Xəbər xətti