"Barselona"nın oyununa azarkeşlər buraxılmadı

18:40 1 Oktyabr 2017

La Liqanın 7-ci turu çərçivəsində "Barselona" - "Las Palmas"ı qəbu edir.

 

Sportarena.az xəbər verir ki, bu gün Kataloniyada müstəqilliklə bağlı keçirilən referendumla əlaqədar olaraq matçın keçirilməsi sual altında idi. Kataloniya və İspaniyada siyasi vəziyyət gərgin olduğundan, bir sıra toqquşmalar, etiraz aksiyaları keçirildiyindən görüşün təxirə salınması gündəmdə idi. Ancaq klublar buna razı olmayıblar.

 

İspaniya polisi və Peşəkar Futbol Liqası klublarla müxtəlif variantlar üzərində müzakirələr apardıqdan sonra matçın boş tribunalar önündə keçirilməsi ilə bağlı qərar qəbul ediblər. Stadiona yalnız PFL-in akkredatsiyası olan şəxslər daxil ola bilər.


Xəbər xətti