"Səbail" - "Sumqayıt" matçında 2 qol

20:10 1 Oktyabr 2017

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 7-ci tur davam edir.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə daha bir görüş baş tutub. “Səbail” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

 

Tura sabah keçiriləcək “Qarabağ” – “Zirə” oyunu ilə yekun vurulacaq. İlk oyun günündə “Qəbələ” “Kəpəz”ə 2:0 hesabıyla qalib gəlib. 

 

Qeyd edək ki, “İnter” – “Neftçi” matçı isə təxirə salınıb.

 

Əvəzedicilərin çempionatı, 7-ci tur

1 sentyabr

“Səbail” – “Sumqayıt” 1:1
Qol:
Emil Həsənzadə, 36 - Murad Məmmədxanov, 45+1.


Xəbər xətti