Eddi Israfilov "Barselona"ya qarşı oynaya bilmədi

10:15 2 Oktyabr 2017

Futbol üzrə İspaniya 2-ci liqasında 7-ci turun bir oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik”in “Barselona”nın B komandası ilə dueli başqa tarixə keçirilib. Buna ötən gün Kataloniyada baş tutan referendum səbəb olub.

 

Qeyd edək ki, “Ximnastik” bu mövsüm oynadığı 6 oyunda cəmi 1 qələbə qazanıb və 5 xalla 22 klub arasında 20-ci pillədə qərarlaşıb.


Xəbər xətti