Dünyanın ən reytinqli futbol filminin aktyoru görmə qabliyyətini itirdi - FOTOLAR

12:18 2 Oktyabr 2017

Dünyanın ən məşhur futbol filmlərindən olan "Qol"da (Goal) oynadığı Santyaqo Munez rolu ilə məşhurlaşan aktyor Kuno Bekerin görməsində problem yaranıb.

 

Sportarema.az xəbər verir ki, aktyor açıqlamasında çəkiliş qəzasının səhhəti üçün yaratdığı ağır nəticələrə toxunub:

 

"1985-ci ildə Meksikada baş verən zəlzələdən bəhs edən filmin çəkilişi idi. Üzümə dəyən güclü su nəticəsində makyaj gözümə axdı. Tərkibində olan kimyəvi maddələr gözümə ciddi zərər verdi. Nəticədə görmə qabiliyyətimin 85 %-ni itirdim".

 

Qeyd edək ki, "Qol" filmi yayımlandığı zamanlarda uzun müddət futbol filmləri reytinqinə başçılıq edib və hələ də izlənilməkdədir. Üç hissədən ibarət olan filmin ilk iki hissəsi böyük marağa səbəb olsa da, üçüncüsü uğursuz alındığından ictimaiyyətə təqdim edilməyib.

 

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti