"Beşiktaş" azarkeşləri onu görün nə günə saldılar - Millimizə qarşı oynamaycaq

14:03 2 Oktyabr 2017

Oktyabrın 8-də Azərbaycanı qəbul edəcək Almaniiya millisi ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, son zamanlar sərgilədiyi oyunla Almaniya millisinin əsas heyət üzvünə çevrilən Timo Verner yığmamızla matçı buraxmalı olacaq. Futbolçu zədə almasa da, səhhəti heç də yaxşı deyil.

 

"Leyptsiq"in hücumçusu Çempionlar Liqasının 2-ci turu çərçivəsində  "Beşiktaş"la səfər matçında yaşananlardan şok keçirib. Belə ki, matçın gedişində türk azarkeşlərinin stadionda yaratdığı atmosfer futbolçunun sinir sistemini alt-üst edib. Matçı öz istəyi ilə yarımçıq tərk edən Vernerin boyun əzələ sistemində güclü yığılma, eyni zamanda, çənə və çənə ətrafı əzələlərdə isə tamamilə qapanma müşahidə edilir. Həkimlərin və psixoloqların səylərinə rəğmən, futbolçunun səhhətində heç bir irəliləyiş müşahidə olunmur.

 

Almaniya Futbol Federasiyasından verilən açıqlamada futbolçunun səhhətnin korlanmasının "Beşiktaş"la oyunla əlaqəli olmadığı bildirilsə də, Almaniya mətbuatı bu xəbəri əsassız sayır.


Digər xəbərlər

Xəbər xətti