"Zirə" "Qarabağ"ın rekorduna mane oldu

14:22 2 Oktyabr 2017

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün startındakı qələbə seriyası qırılıb. İlk 5 matçında qalib gələn ağdamlılar “Zirə” ilə 7-ci turun ev görüşündə xal itirib - 0:0.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, klubun Azərbaycan çempionatlarındakı ikinci ən yaxşı startıdı.

 

Bütün ölkə çempionatlarında iştirak edən “Qarabağ” yalnız bir dəfə mövsümə daha çox qələbə ilə başlayıb. Ağdamlılar 2003/04 mövsümünün əvvəlində ardıcıl 6 qələbə qazanıb ki, bu da klub tarixinin mütləq rekordudu. Qurban Qurbanovun yetirmələri “Zirə” ilə görüşdə xal itirməklə həmin rekordun bir addımlığında dayanıb.


Xəbər xətti