"Neftçi" "İnter"in yubileyini korladı

14:55 2 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 7-ci turu “İnter” üçün yubileylə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Azərbaycan çempionatlarında 250-ci ev oyununu keçirib. Lakin bakılılar “Neftçi” ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub.

 

Bu, “İnter”in öz meydanında keçirdiyi 250 matçda 39-cu məğlubiyyəti olub. Ev oyunlarında 148 dəfə 3 xal qazanan paytaxt futbolçuları 63 dəfə bərabərliklə kifayətlənib. Evdə 377 qol vuran komanda 163 top buraxıb.


Xəbər xətti