İspaniya millisində ciddi itki

15:40 2 Oktyabr 2017

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Andres İnyesta sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı futbolçu İspaniya La Liqasının 7-ci turu çərçivəsində baş tutmuş “Las Palmas”la ev oyununda (3:0) zədələnib. Fasilədən dərhal sonra meydana daxil olan İnyesta, görüşün 84-cü dəqiqəsində zədələnərək əvəzlənməli olub.

 

İspaniyanın “Marka” nəşrində yer alan xəbərdə həkim müayinəsindən sonra təcrübəli yarımmüdafiəçinin sol ayaq əzələsinin zədələndiyinin məlum olduğu, ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacağı qeyd edilib.

Bu da o deməkdi ki, İnyesta İspaniya millisinin DÇ-2018-in seçmə mərhələsinin İsrail və Albaniya ilə oyunlarını buraxmalı olacaq.


Digər xəbərlər

Xəbər xətti