"Qarabağ" - "Atletiko" matçının biletlər satışda

16:15 2 Oktyabr 2017

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 18-i İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, artıq bu qarşılaşmanın biletləri satışa çıxarılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlərim isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.

Satış məntəqələri: 
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)


Xəbər xətti