Rauf oynadı, komandası qalib gəldi

09:31 3 Oktyabr 2017

Albaniya Super Liqasında 4-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu “Kukesi” evdə “Skenderbeu” ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib. Rauf matça start heyətində çıxıb və sonadək meydanda olub.

 

4 turdan sonra hesabında 7 xal olan “Kukesi” 2-3-cü pillələri bölüşür. Lider “Skenderbeu” isə 10 xala malikdi.


Digər xəbərlər

Xəbər xətti