"Barselona" tətil elan etdi

11:17 3 Oktyabr 2017

“Barselona” Kataloniyada müstəqilliklə bağlı referenduma görə tətil edib.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb. Tətillə əlaqədar heç bir komanda, eləcə də gənclərdən ibarət kollektiv bu gün məşqə çıxmayacaq. Kataloniyanı təmsil edən “Jirona” da “Barselona”nın bu addımına qoşulub.

Qeyd edək ki, “Barselona” rəhbərliyi ötən gün Kataloniyada referendum səsverməsi ilə əlaqədar  İspaniya Futbol Federasiyasından “Las Palmas”la matçın təxirə salınmasını tələb etmişdi. Federasiyanın bu tələbi rədd etməsindən sonra Kataloniya klubu buna etiraz əlaməti olaraq matçın azarkeşsiz oynanılmasına qərar verib.


Xəbər xətti