Millimizin rəqibinin heyətində 2 dəyişiklik

11:33 3 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Çexiya yığmasında dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, iki futbolçu komandadan uzaqlaşdırıb. Bunlar müdafiəçi Teodor Gebre-Selassie və hücumçu Milan Şkodadır. Gebre-Selassie ailə vəziyyəti ilə əlaqədar baş məşqçidən icazə alıb. Onun yeni övladı dünyaya gələcək. Şkoda isə zədə səbəbindən millimizlə görüşü buraxacaq.

 

Artıq hər iki futbolçunun əvəzinə milliyə yeni oyunçular dəvət edilib. “Slaviya”nın yarımmüdafiəçisi Yan Şikora və “Sparta”nın hücumçusu Vaçlav Kadleçi yığmaya dəvət alıb.

 

Qeyd edək ki, oktyabrın 5-də yığmamızın qonağı olacaq Çexiya millisi oktyabrın 8-də San-Marinonu qəbul edəcək. 


Xəbər xətti