Jezniçakın sabiq komanda yoldaşları döyüldü

13:22 3 Oktyabr 2017

Polşa liqasında səfərdə “Lex”ə 3-0 məğlub olan “Legiya” klubunun futbolçuları azarkeşlər tərəfindən döyülüb.

 

Sportarena.az xəbər verir ki, məğlubiyyətlə barışmayan azarkeşlər klubun avtomobil dayanacağına yollanıblar. Futbolçular avtobusdan enən kimi 50-dən çox azarkeş onlara hücum edib və idmançılar 10 dəqiqə ərzində döyülüblər.

 

Daha sonra futbolçulara bir daha belə oynayacaqları təqdirdə yenidən eyni addımı atacaqları barədə xəbərdarlıq da ediblər. Baş verən hadisələrdən sonra bəzi futbolçuların klubdan ayrıla biləcəyi bildirilir.

 

Qeyd edək ki, hazırda "Qarabağ"da çıxış edən Yakub Jezniçak yay transfer pəncərəsi zamanı məhz "Legiya"dan 


Xəbər xətti