"Barselona"nın futbolçusu əməliyyat olundu - 2 ay oynamaycaq

14:16 3 Oktyabr 2017

Bir müddətdi zədədən əziyyət çəkən “Barselona”nın yarımmüdafiəçisi Rafinya Alkantara daha 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

 

Sportarena.az xəbər verir ki, bu ilin aprel ayında zədə alan futbolçu dizindən əməliyyat olunub. İspaniyanın “Marka” nəşrinin yaydığı məlumata görə, 24 yaşlı futbolçu ən azı 2 ay daha yaşıl meydanlardan kənarda qalacaq.

 

“Barselona”nın yetirməsi olan Alkantara bu klubun əsas komandasında keçirdiyi 78 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti