Çexiya millisi Bakıya gəlir

14:31 3 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Çexiya yığmasının Bakıya gələcəyi tarix müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, çexlər bu gecə paytaxtımıza gələcək. Bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Çexiya milisi sabah oyun öncəsi Bakı Olimpiya Stadionunda son məşqini edəcək.
 
Qeyd edək ki, Azərbaycan - Çexiya görüşü oktyabrın 5-i saat 20:00-da start götürəcək. 

 


Xəbər xətti