İspaniya millisinin düşərgəsində qalmaqal - Pike ilə Ramosun arasında münaqişə

16:57 3 Oktyabr 2017

İspaniya millisinin futbolçuları Serxio Ramosla Jerar Pike arasında siyasi müstəvidə münaqişə yaranıb.

 

Sportarena.az xəbər verir ki, hadisə Kataloniyadakı referendumla bağlı söhbətlərə görə baş verib. Ramos Pikeni komandada əhval-ruhiyyəni pozmaqda ittiham edib.

 

Qeyd edək ki, Pike Kataloniyadakı müstəqilliklə bağlı referendumda səs verib. O bildirib ki, İspaniya Futbol Federasiyasının bəzi üzvlərinin təzyiqinə görə, milli komandadan getməyə hazırdır.

İspaniya millsinin oyunçuları isə istəyirlər ki, Pike özü gələcəyi ilə bağlı yekun qərarını versin.

Xatırladaq ki, ispan azarkeşlər yığmanın məşqi zamanı Pikeni fitə basıblar.


Xəbər xətti