Ronaldo 10 il sonra nə edəcək? - "Boksla məşğul olacam"

18:36 3 Oktyabr 2017

“Real”ın futbolçusu Kriştiano Ronaldo “Mançester Yunayted”də komanda yoldaşı olmuş Rio Ferdinanda müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, Ronaldo Ferdinandın sualını zarafatyana cavablandırıb. O, Rionun boksla məşğul olmasına işarə edərək, özünün də bu yolla gedəcəyini bildirib. Ronaldo Ferdinandın “10 ildən sonra nə işlə məşğul olacaqsan” sualına belə cavab verib:

 

“10 ildən sonra özümü harda görürəm? Mən də boksla məşğul olacam, sənin kimi. Orta çəkidə çıxış edəcəm”.

 

Ferdinand boksla məşğul olmaq üçün lisenziya alır. MY-nin sabiq kapitanı bildirib ki, rinqdə yalnız bir döyüş keçirmək niyyətindədi.


Xəbər xətti