“Qarabağ” - “Atletiko” matçına nə qədər bilet satılıb?

Sportarena.az      3 Oktyabr 2018, 23:20

“Qarabağ” oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, bu qarşılaşmaya bilet satışı davam edir. Artıq 15 min bilet öz sahibini tapıb.

 

Satış məntəqələri bunlardı:

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

 

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər. Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin