Azərbaycan - İrlandiya matçına hakim təyinatları açıqlandı

10:43 4 Oktyabr 2017

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsində keçiriləcək Azərbaycan - İrlandiya oyununa hakim təyinatları açıqlanıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşün baş hakimi Alain Durieux (Lüksemburq) olacaq. Ona Klaude Reis (Lüksemburq) və Teodoros Georgiou (Macarıstan) köməklik edəcək. Dördüncü hakim funksiyasını Ferenk Karako (Macarıstan) yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan - İrlandiya görüşü bu gün saat 18:00-da başlayacaq.


Xəbər xətti