"Bavariya" Luis Enrike ilə danışıqlar aparır?

10:59 4 Oktyabr 2017

“Bavariya”a rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir.

 

Spotarena.az xəbər verir ki, Münhen nəhəngi “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike ilə maraqlanır. Artıq onunla əlaqə yaradıldığı da bildirilir. Bu barədə məlumatı Bundesliqanın rəsmi saytının əməkdaşı Xuan Romero yayıb. Məlumata görə, Enrike ilə bəzi məsələlər müzakirə olunub.

 

Bir müddət əvvəl isə “Bavariya”nın Tomas Tuxellə də anlaşmağa yaxın olduğu barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, Sentyabrın 28-də Karlo Ançelotti “Bavariya”nın baş məşqçi postundan istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti