Fineo de Araujo: “Düzgün seçim etmək vacibdir” - AÇIQLAMA

11:31 4 Oktyabr 2017

Bildiyiniz kimi, gələn il Sloveniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Milli komandamız İspaniya və Fransa ilə D qrupunda birgə mübarizə aparacaq.

 

Sportarena.az xəbər verir ki, hazırda karyerasını Yaponiyanın F Liqasında (güclülər dəstəsində) mübarizə aparan “Agleymina Hamamatsu” klubunda davam etdirən Azərbaycan milli komandasının üzvü Fineo de Araujo rəqiblərlə bağlı fikrini Azərbaycan Fuftzal Federasiyasının rəsmi səhifəsinə bildirib: 

 

“Komanda yoldaşlarımın fikrinə qoşuluram. Həqiqətən də çox çətin qrupda yer almışıq. İspaniya 7 dəfə Avropanın ən güclüsü olub. Son illərdə onları ancaq İtaliya kürsüdən salıb. Fransa isə bura qədər irəliləyə bilibsə, deməli, ciddiyə alınası rəqibdir”. 

 

Fineo hazırda işlərinin qaydasında olduğunu, final mərhələsində iştirak etmək üçün millinin baş məşqçisindən dəvət gözlədiyini vurğulayıb:

 

“Final mərhələsində iştirak etməyim üçün ilk növbədə baş məşqçi məni komandaya dəvət etməlidir. Çempionatda müntəzəm oyunlar keçiririk, yaxşı formadayam. Amma qərarı Alesio verəcək. Üzərimə düşən məsuliyyəti dərk edir, hansı işləri görəcəyimi bilirəm. Nəzərə alın ki, Sloveniyada həlledici mərhələnin oyunları keçiriləcək. Birinci mərhələ deyil ki, rəqiblər nisbətən zəif olsun. Ona görə də düzgün seçim etmək vacibdir”.


Digər xəbərlər

Xəbər xətti