Millinin oyununa gedəcək azarkeşlərə şad xəbər

11:50 4 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədiylə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.

 

Qeyd edək ki, Azərbaycan - Çexiya matçı oktyabrın 5-də keçiriləcək və saat 20.00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti