"Qarabağ"a qol vuran futbolçu ayın ən yaxşısı seçildi

14:36 4 Oktyabr 2017

İtaliyanın “Roma” klubunda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticəsinə əsasən, Edin Dzeko ötən ayın ən yaxşı oyunçusu seçilib. O, 61 faiz səs toplamaqla digər komanda yoldaşlarının hamısını qabaqlayıb.

 

Qeyd edək ki, Dzeko Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri səfər matçında komandasının sonuncu qolunun müəllifi olub. 31 yaşlı hücumçu ötən ay ümumilikdə 6 qol vurub.


Xəbər xətti